Rayonun yaranma tarixi - 26.XI.1991
Ərazisi - 0,94 min. kv. km.
Əhalisi - 28009 o cümlədən azərbaycanlılar - 15080
Digər əhali - 12929
İşğal günü - 26.02.1992
2014-cü ilin II rübündə 3615 hektar taxıl sahəsindən 3507 hektarı buğda,
109 hektarı isə dən üçün arpa səpilmişdir. Biçinə salamat qalmış 3616 hektar
sahədən 47140 sentner məhsul götürülmüşdür. 3507 hektar buğda sahəsindən 45180
sentiner buğda qalan 109 hektar arpa sahəsindən 1960 sentiner arpa məhsulu
götürülmüşdür, Müqaisə edərkən məlum olur ki, 2013-cü ilə nisbətən 2014-cü ildə
20000 sen az məhsul istehsal olmuşdur. 2014-cü ilin məhsulu üçün əkin aparılmış
3870 hektar sahənin 3616 hektarına payızlıq taxıl səpilmiş qalan 254 hektar
sahəyə isə yazlıq kartof və tərəvəz bitkiləri əkilmişdir. Əkin aparılmış 254
hektar sahədən 192 hek.kartof, 62 hektara isə tərəvəz əkilmişdir. Bundan 13.5
hektara kələm, 23.3 hektara xiyar 23,2 hektara isə pomidor, 2 hektara baş soğan
əkilmişdir. Bitkiçiliklə yanaşı rayonda heyvandarlıq sahəsinədə xüsusi fikir
verilmişdir. Belə ki, iri buynuzlu mal-qaranın baş sayı 2014-cü ilin II rübündə
4289 baş, qoyun-keçinin baş sayı isə 26119 baş olmuşdur. 2014-cü ilin II
rübündə rayonda ət istehsalı 1300 sen, süd istehsalı 24000 sen, yun istehsalı
257 sen, yumurta istehsalı isə 40 min ədəd olmuşdur.
Demoqrafiq vəziyyət
2014-cü ilin II rübündə Xocalı rayonunun əhalisi 28009 nəfər olmuşdur
ki, bundan da 12929 nəfərini erməni və digər millətlər, 15080 nəfəri isə
azərbaycanlılar təşkıl edir. II rüb ərzində 39 körpə doğulmuş, 24 ölüm qeydə
alınmış, 11 rüb ərzində ərzində rayona gələnlərin sayı 117 nəfər, gedənlərin
sayı 42 nəfər olmuşdur. Rayonda başqa sahələrlə yanaşı təhsil, səhiyyə,
mədəniyyət obyektləri də rayon əhalisinə xidmət göstərir. Rayonda İcra
Hakimiyyəti başçısının təşəbbüsü ilə rayonumuzda bir çox abadlaşdırma işləri
aparılmışdır və bununla yanaşı rayon ərazisində yaşıllaşdırma işləri
başlanılmış hal-hazırda da rayon əhalisinin iştirakı ilə davam etdirilir.
D.Ə.ƏSƏDOV,
Xocalı RSİ-nin Rəisi